AvtoReyd.Az FaktXəbər-ə istinadən məlumat verir ki, sloveniyalı velosipedçi Luka Pibernikanın qələbəni erkən bayram etməsi ona baha başa gəlib. Belə ki, “Giro d’Italia” yarışının final dövrəsinə bir dövrə qalmış sloveniyalı əlini velosipeddən çəkərək qələbəni bayram etməyə başlayıb.
Dövrələri səhv salan idmançı bunu digər velosipedçilərin onu geridə qoymasından sonra başa düşüb. Final xəttinə çatan da isə sloveniyalı birinci deyil, 186 idmançıdan 148-ci olub.