FaktXeber.com-un məlumatına görə, sosial şəbəkələrdə Hindistanda «Ölüm divarı» nömrəsinin faciə ilə bitməsi barədə video paylaşılıb. Kadrlarda görünür ki, avtomobil iderəetməni itirir və 26 yaşlı Citu Bankar ona çırpılaraq, motosikllə birlikdə arenaya düşür. Bundan sonra gəncin başı avtomobilin altında qalır. Zərərçəkən yerindəcə həlak olur.
Polis bu oyunu təşkil edənləri və qəzaya səbəb olan avtomobilin sürücüsünü həbs edib. İstintaqa başlanılıb.