Avtoreyd.az bildirir ki, malayziyalı 25 yaşlı jurnalist Asvan Yap paytaxtətrafı yolda dostuyla avtomobildə gedərkən, qəribə bir fiqur onların diqqətini cəlb edib.
Gördüklərindən son dərəcə qorxuya düşən hər iki kişi avtomobili dərhal dayandıraraq, geriyə hərəkət ediblər.
Bir çox sosial şəbəkə istifadəçiləri həmin fiqurun, yolda oturan cinayətkar olduğunu və maşın dayandıqdan sonra, yaxınlıqda gizlənən dostları ilə birgə sərnişinləri soymaq məqsədi ilə bu addımı atdığını bildirib.
Bununla belə, Asvan Yap təkid etməyə davam edir ki, onun dostu ilə eyni anda gördükləri fiqur məhz kabus olub.
Dediklərinə təsdiq olaraq jurnalist təkid edir ki, avtomobili saxladan an maşının cihaz panelindəki bütün siqnallar, qəza zamanı olduğu kimi sayrışmağa başlayıb. Həmçinin o da bildirilir ki, həmin yerin yaxınlığında Kuala-Lumpurun məşhur “kabuslar evi” yerləşir.