Səhər saatlarında Tovuz rayonunda yol qəzası baş verib.

“Report”un  məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində, Tovuzçay üzərindəki körpüdə qeydə alınıb.

Belə ki, yüksək sürətlə hərəkət edən “VAZ-21011” markalı avtomobil “VAZ-21011” markalı avtomobillə toqquşub. Nəticədə xəsarət alan şəxslər Tovuz rayon Bayramlı kənd sakini, 1963-cü il təvəllüdlü Zahid Haçıyev, Bayramlı kənd sakini, 1967-ci il təvəllüdlü Rasim Qasımov, Bakı şəhər sakini, 1983-cu il təvəllüdlü Gündüz Məhərrəmov, Bayramlı kənd sakini, 1984-cü il təvəllüdlü Samir Paşayev, Bayramlı kənd sakini, 1967-ci il təvəllüdlü Azadə Cəfərova, Tovuz rayon sakini, 1956-cı il təvəllüdlü Afət Axundova və onun baçısı Mətanət Axundovadır.Yaralılar xəstəxanaya yerləşdirilib.Tovuz Rayon Mərkəzi Xəstəxanasında  verilən məlumata görə, yaralıların ikisinin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta-ağırdır. Onlardan biri qadındır.Hazırda Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır, yaralıların kimliyi və qəzanın dəqiq səbəbləri araşdırılır.

 

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.