Cəlilabadda yol qəzasında 2 nəfər xəsarət alıb.

AvtoReyd.Az “Report”a istinadən məlumat verir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun ərazisindən keçən hissəsində, diaqnostika mərkəzinin yaxınlığında qeydə alınıb.

Belə ki, iki “VAZ-2107” markalı avtomobillərinin toqquşması nəticəsində hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlk tibbi yardım göstərildikdən sonra yaralılardan biri reanimasiya şöbəsinə yerləşdirilib, digəri isə Masallıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.