The car driven by Sebastien Bourdais, of France, impacts the wall bursts into flames in the second turn during qualifications for the Indianapolis 500 IndyCar auto race at Indianapolis Motor Speedway, Saturday, May 20, 2017 in Indianapolis. (AP Photo/Greg Huey)

 

Avtoreyd.az bildirir ki, məşhur “İndi 500” IndyCar çempionatının kvalifikasiya yarışı zamanı fransalı pilot Sebastyen Burde saatda 370 km sürətdə divara çırpılıb.

38 yaşlı Sebastyen Burdeni boliddən yalnız on dəqiqə sonra çıxarıblar.

Qəza nəticəsində fransalı pilotun çanaq sümüyündə çoxsaylı sınıqlar qeydə alınıb, həmçinin sağ bud sümüyü sınıb.

Sebastyen Burde İndiana şəhər xəstəxanasında əməliyyat olunub. Onun vəziyyəti haqqında hələ ki, heç nə deyilmir. Lakin Dale Coyne Racing komandasının sahibi Deyl Koynun sözlərinə görə, Burde etibarlı əllərdədir.

By