CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v62), quality = 70

Abşeron rayonunun Qobu qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Report”un xəbərinə görə, naməlum markalı avtomobil yolu keçmək istəyən 1972-ci il təvəllüdlü Kərimov Famil Şamxal oğlunu vurub.

F.Kərimov hadisə yerində dünyasını dəyişib. Qəzanı törədən sürücü məsuliyyətdən yayınmaq üçün avtomobili ilə hadisə yerindən uzaqlaşıb.

Abşeron Rayon Polis İdarəsində sürücünün şəxsiyyətinin müəyyənləşdirilməsi və onun məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-axtarış işlərinə başlanıb.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.