Bakıda 5 yaşlı uşağın xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Səbayel rayonu, “20-ci sahə” adlanan ərazidə qeydə alınıb.

Belə ki, “90-SU-592” dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı avtomobil yolu keçmək istəyən 2012-ci il təvəllüdlü Əhmədzadə Mədinə Samir qızını vurub. Hadisəni törətmiş avtomobilin sürücüsü xəsarət almış uşağı dərhal xəstəxanaya aparıb.

Faktla bağlı Səbayel Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.Repor/

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.