Avtoreyd.Az Hadisə Zaqatalada avtomobil 2-ci sinif şagirdini məktəbin qarşısında vuraraq öldürüb

Zaqatalada avtomobil 2-ci sinif şagirdini məktəbin qarşısında vuraraq öldürüb


 

Zaqatala şəhərində azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtoreyd.az APA-nın Şəki-Zaqatala bürosuna istinadən bildirir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, Nizami Hüseynov adına 2 saylı orta məktəbin qarşısında qeydə alınıb.

Məktəbin 2-ci sinif şagirdi Şirdanov İsmayıl Elçin oğlu dərsdən çıxıb yolu keçən zaman “Mercedes” markalı, 99 HB 485 dövlət nömrə nişanlı avtomobillə vurulub.

Uşaq xəstəxanaya aparılarkən yolda ölüb.

Related Post