Bakının Nərimanov rayonunda 2 avtomobilin iştirakı ilə yol qəzası baş verib.

AvtoReyd.Az bildirir ki, hadisə bu gün 17:15 radələrində rayonun Koroğlu Rəhimov küçəsində qeydə alınıb. 10 CM 045 dövlət nömrə nişanlı “Mercedes ML” markalı minik avtomobili, 90 DM 029 dövlət nömrə nişanlı “Toyota Land Cruiser”-lə toqquşub.

Hadisə nəticəsində ölən və yaralanan olmasa da, avtomobillərə ziyan dəyib. “Mercedes ML” markalı minik avtomobilin sürücüsü zərbənin təsirindən nəqliyyat vasitəsini bir neçə metr kənarda saxlaya bilib. // qafqazinfo

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.