Qax rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az APA-nı məlumatına görə,bildirir ki, hadisə bu gün axşam saatlarında Qax-Qorağan avtomobil yolunun 7-ci kilometrliyində, yolun Alatəmir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qax rayonunun Lələli kənd sakini, 1961-ci il təvəllüdlü Məhsun Xəlil oğlu Orucov idarə etdiyi “Tavriya” markalı, 34-BC-311 dövlət nömrə nişanlı avtomobillə, Qusar rayon sakini Vaqif Şakir oğlu Əhmədovun idarə etdiyi “BMW” markalı,  90-ZL-657 dövlət nömrə nişanlı  avtomobil toqquşub.

Qəza nəticəsində “Tavriya”nın sürücüsü M. Orucov  və sərnişini, Qax rayon sakini Məhəmməd Xəlilov müxtəlif dərəcəli xəsarətlərlə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

Qax MRX-dan bildirilib ki, M. Orucov cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.  M. Xəlilovun vəziyyəti yüngül olduğundan ona lazımı tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərtilə evə buraxılıb.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

 

 

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.