Ələt-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində üç avtomobilin toqquşması nəticəsində ölən və yaralananların adları məlum olub.
“Report” xəbər verir ki, qəza nəticəsində Masallı rayon Ərkivan qəsəbə sakinləri – 37 yaşlı Pərviz Abbas oğlu Xəlilov və 48 yaşlı Səbiyyə Ağalı oğlu Xəlilov ölüb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan Cəlilabad sakinləri – 46 yaşlı Zərxanım Xanış qızı Əhmədova, 51 yaşlı Azay Süleyman oğlu Əhmədov, Masallı sakinləri – 55 yaşlı Famil Kamil oğlu Xəlilov, 16 yaşlı Əsəd Kamil oğlu Xəlilov isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
