Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Ucar rayonu, Alpı kəndində “Ford” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı dirəyə çırpılması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

AvtoReyd.Az APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə,bildirir ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıblar. Sürücü aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 06:38-də başa çatıb.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.