Gəncə şəhərində sərnişin avtobusu minik avtomobili ilə toqquşub.

“Report”un Qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Nizami Gəncəvi küçəsində, 41 nömrəli orta məktəbin qarşısında baş verib.

Belə ki, 20 nömrəli xətt üzrə işləyən “İzusu” markalı sərnişin avtobusu ilə “VAZ-2109” markalı minik avtomobili toqquşub.

İlkin məlumatlara görə, hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.