Gəncədə sürücünü  xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AvtoReyd.Az APA-nın qərb bürosunun verdiyi məlumata görə,xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.

Şəhər sakini, taksi fəaliyyəti ilə məşğul olan, 1988-ci il təvəllüdlü Quliyev Elçin idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən maşın idarəetmədən çıxaraq yolun kənarındakı divara çırpılıb.

Qəza zamanı sürücü ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.