Ötən mövsüm “Neftçi”də çıxış edən Jonas Pesalli həlak olub.

AvtoReyd.Az Yenicag.az-a istinadən xəbər verir ki, 26 yaşlı hücumçu avtomobil qəzasında ölüb.

Hadisə səhər saatlarında Koritibada baş verib. O, idarə etdiyi “Audi” markalı avtomobilini işıq dirəyinə çırpıb.

Qeyd edək ki, Jonas Pessali “Neftçi”nin forması ilə meydana çıxdığı 7 qarşılaşmada 4 qol vurmuşdu.

Maraq üçün onu da bildirək ki, qışda Bakı təmsilçisindən ayrılan Pessali Braziliyanın “Parana” klubuna transfer olunmuşdu.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.