Ağstafa rayonunda minik avtomobili radar dirəyinə çırpılıb.

AvtoReyd.Az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə dünən saat 08.00 radələrində rayonun Dağkəsəmən kəndində baş verib.

Bakı şəhər sakini İntiqam Abbasov idarə etdiyi VAZ-2107 markalı avtomobili yolun kənarında quraşdırılan sürətölçən cihazın (radar) dirəyinə vurub. Nəticədə sürücü və sərnişinləri – Bakı şəhər sakini Rusif Eyvazov və Lənkəran rayon sakini Hüseyn Rəhimov xəsarət alıblar.

Onlar xəstəxanaya yerləşdirilib. H. Rəhimov orada ölüb

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.