Ucar rayonunda orta məktəb məzunları yol qəzasına düşüb, xəsarət alanlar var.

AvtoReyd.Az “Report”-a istinadən xəbər verir ki, hadisə bu gün 15:30 radələrinə şəhərin mərkəzində qeydə alınıb.

Göyçay rayon sakini, 1995-cü il təvəllüdlü Namiq Alik oğlu Məmmədov kirayə götürdüyü “VAZ-2107” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və yolun kənarında olan “Mercedes” markalı avtomobilə çırpılıb.

Nəticədə sürücü və avtomobildə olan sərnişinlər – Göyçay şəhər 7 saylı orta məktəbin XI sinif şagirdləri,  2000-ci il təvəllüdlü Fərhad Siyavuş oğlu Əhmədov və 1999-cu il təvəllüdlü İlham Ceyhun oğlu Əhmədov xəsarət alıblar.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.