Avtoreyd.az bildirir ki, qalmaqallar və sərnişinlərlə pis rəftarı ilə məşhurlaşan United Airlines aviaşirkəti ilə bağlı məlumatlar yenidən xəbər lentlərini bəzəyir.
Nyuarkdan Venesiyaya uçmağa hazırlaşan 28 yaşlı Reyçel Brumfild, yanacaq çənlərinin yerləşdiyi təyyarənin qanadından, düz uçuş zolağına aviasiya yanacağının necə şırıltı ilə axmasını telefonuna çəkib.
Şoka düşən sərnişinlər stüardessaların diqqətini uçmağa hazırlaşan təyyarənin qanadından vuran fəvvarəyə yönəldiblər. Nəticədə, İtaliyaya nəzərdə tutulan reys ləğv edilib. Lakin Reyçel qeyd edir ki, sərnişinlərin əksəriyyəti yaranan bu vəziyyətə sevinib.