Rusiyada içərisində azərbaycanlıların da olduğu avtobus qəzaya uğrayıb.

APA-nın RİA “Novosti”-yə istinadən verdiyi məlumata görə, Nijnı Novqoroddan Bakıya gələn avtobus Kalmıkiyanın Çernozemelski rayonunda aşıb.

Hadisə nəticəsində 7-si uşaq olmaqla, 10 Azərbaycan vətəndaşı xəsarət alıb.

Avtobusda 10-dan çox Azərbaycan vətəndaşının olduğu bildirilir.

Qəzanın baş vermə şəraiti araşdırılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.