Bakının Suraxanı rayonunun eyniadlı qəsəbəsində sərxoş piyadanı avtomobil vuraraq ona ağır xəsarət yetirib.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, 44 yaşlı Şerbakov Vyaçeslav yolun piyada üçün müəyyən edilməyən hissəsindən keçərkən onu “Opel” markalı avtomobil vurub.

O, hadisəni törədən sürücü tərəfindən xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.