Gəncədə yol qəzası olub.

AvtoReyd.Az ARB TV-ə istinadən məlumat verir ki, hadisə şəhərin Bəxtiyar Əliyev küçəsi ilə Nəriman Nərimanov prospektinin kəsişməsində qeydə alınıb.

Gəncə sakini 25 yaşlı Fuad Məmmədov “Niva” markalı abtomobillə B.Əliyev küçəsi ilə hərəkətdə olan Göygöl sakini,  35 yaşlı Koto Mixailin sükanı arxasında olduğu “Mercedes” markalı nəqliyyat vasitəsi toqquşub. Zərbənin gücündən “Niva” aşıb, xəsarət alan yoxdur.

İlkin ehtimala görə, qəzaya səbəb “Niva”nın sürücüsünün işıqforun qırmızı işığına məhəl qoymayaraq, avtomobili hərəkət etdirməsi olub.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.