Hövsan qəsəbəsində Dədə Qorqud qəbristanlığı yaxınlığında qəza vəziyyəti yaranıb. 
AvtoReyd.Az BAKU.WS-in məlumatına görə,bildirir ki, “Mercedes” markalı avtomobil qəfil əsas yola çıxaraq yük maşının sürücüsünü çaşdırır.
Özünü itirməyən yük maşını sürücüsü qəfil sükanı sola döndərir və son anda qəzadan xilas olur. “Mercedes” sürücüsü isə heç nə olmamış kimi əsas yola çıxaraq yoluna davam edir.
Sözügedən video sosial şəbəkədə kəskin reaksiyalara səbəb olub. Facebook istifadəçiləri qaydaları pozan və qəza vəziyyəti yaradan “Mercedes” sürücüsünü tənqid edib.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.