Avtoreyd.Az Hadisə Gecə klubunda “DJ” işləyən şəxs Bakı sakininin avtomobilini oğurlayıb

Gecə klubunda “DJ” işləyən şəxs Bakı sakininin avtomobilini oğurlayıb


Bakıda avtomobil oğurlamaqda şübhəli bilinən “DJ” tutulub.

Bu barədə AvtoReyd.Az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Belə ki, iyunun 22-də səhər saat 12 radələrində DİN-in “102 Zəng Mərkəzi”nə Nəsimi rayonu ərazisindən avtomobil qaçırılması barədə məlumat daxil olub.

Aidiyyəti üzrə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə dəvət edilən zərərçəkmiş – Bakı şəhər sakini Mehdi Əliyev izahatında ötən gecə saat 4 radələrində içkili olduğundan özünə məxsus “Daevoo” markalı avtomobilini evinin yaxınlığında saxladığını, açarı da götürməyi unudaraq evinə getdiyini bildirib. Səhər qalxanda isə maşınını həmin yerdə tapmayıb.

Dərhal 22-ci Polis Bölməsinin əməkdaşlarından ibarət əməliyyat qrupu maşının tapılması istiqamətində tədbirlərə başlayıb, bu barədə DİN-in “Təhlükəsiz Şəhər” Xidmətinə müvafiq məlumat veriblər.

Təhlükəsiz Şəhər Xidmətinin texniki imkanları ilə həmin maşının Səbail rayonu ərazisində hərəkətdə olması müəyyən edilərək aidiyyatı üzrə Bakı BPİ-nin Dövlət Yol Polisi İdarəsinə müvafiq məlumat ötürülüb. Yol polisləri qaçırılmış maşını Səbail rayonunun T.Əliyarbəyov küçəsində saxlanıldığını aşkar edərək onu 22-ci Polis Bölməsinin əməkdaşlarına təhvil veriblər.

Əməliyyatçılar maşını qaçıran şəxsin həmin ərazinin yaxınlığındakı gecə klublarından birində “DJ” işlədiyi barədə məlumat əldə ediblər. Şübhəli qismində saxlanılaraq 22-ci Polis Bölməsinə gətirilən şəxsin ətrafında aparılan araşdırmalarla onun Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Teymur Maksimov olması müəyyən edilib. O, gecə vaxtı həmin ərazidən keçərkən maşının qapısının açıq vəziyyətdə, açarının da üstündə olduğunu görərək bu əməli törətdiyini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb.

AvtoReyd.Az

Related Post

Uçuşdan bir neçə dəqiqə əvvəl sərnişinlər, təyyarədən yanacağın zolağa axdığını aşkar ediblər (Video)Uçuşdan bir neçə dəqiqə əvvəl sərnişinlər, təyyarədən yanacağın zolağa axdığını aşkar ediblər (Video)

Avtoreyd.az bildirir ki, qalmaqallar və sərnişinlərlə pis rəftarı ilə məşhurlaşan United Airlines aviaşirkəti ilə bağlı məlumatlar yenidən xəbər lentlərini bəzəyir. Nyuarkdan Venesiyaya uçmağa hazırlaşan 28 yaşlı Reyçel Brumfild, yanacaq çənlərinin yerləşdiyi təyyarənin

“Saxla” əmrinə tabe olmayan sərxoş sürücü avtomobillə yol polisi əməkdaşını vurub“Saxla” əmrinə tabe olmayan sərxoş sürücü avtomobillə yol polisi əməkdaşını vurub

Şabranda “saxla” əmrinə tabe olmayan sərxoş sürücü avtomobillə yol polisi əməkdaşını vurub. AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, Şabran rayon Dövlət Yol Polisi bölməsinin inspektoru, 1981-ci il təvəllüdlü Kənan Əliyev “VAZ-2107” markalı

Ağcabədidə “Belarus” markalı traktorla “VAZ-2107” markalı avtomobil toqquşub (Foto)Ağcabədidə “Belarus” markalı traktorla “VAZ-2107” markalı avtomobil toqquşub (Foto)

Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AvtoReyd.Az “Report”a istinadən məlumat verir ki, hadisə Yevlax-Bəhramtəpə avtomobil yolunun Qiyamadinli kəndi ərazisində qeydə alınıb. “Belarus” markalı traktorla “VAZ-2107” markalı avtomobil toqquşub.