Bakıda özəl klinikaya məxsus təcili tibbi yardım avtomobilinin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

AvtoReyd.Az APA-nın məlumatına görə,bildirir ki, hadisə Nərimanov rayonu ərazisində, Fətəli xan Xoyski və Əhməd Rəcəbli  küçələrinin kəsişməsində qeydə alınıb.

“Zəfəran” klinikasına məxsus avtomobil əvvəl sərnişin avtobusu, sonra isə  “Daewoo” markalı avtomobillə toqquşub. Zərbənin gücündən təcili yardım maşını aşıb.

Hadisə nəticəsində xəsarət alan sürücü, 1955-ci il təvəllüdlü Əliyev Yelmar Hüseyn oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

AvtoReyd.Az

http://www.youtube.com/watch?v=kVu06tt84wE

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.