Sabirabadda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az APA-nın məlumatına görə,xəbər verir ki, hadisə axşam saatlarında Sabirabad rayonunun Qaragüney kəndində qeydə alınıb. Şirvan sakini, 1989-cu il təvəllüdlü Yusifov İlkin Zöhrab oğlunun idarə etdiyi 01 BE 666 dövlət nömrə nişanlı mikroavtobusla Sabirabad rayonunun Şıxsalahlı kənd sakini, 1973-cü il təvəllüdlü Məmmədov Qoşqar Şirməmməd oğlunun idarə etdiyi VAZ 2106 markalı 54 BC 261 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Nəticədə VAZ 2106-nın sürücüsü və hər iki avtomobildə olan sərnişinlərdən – Şıxasalahlı kənd sakinləri, 1991-ci il təvəllüdlü Məmmədov Röyal Elşad oğlu, 1992-ci il təvəllüdlü Zərbəlizadə Hacalı Söhbət oğlu, 1972-ci il təvəllüdlü Süleymanova Şirin İsaxan qızı və Minbaşı kənd sakini, 1959-cu il təvəllüdlü Əsgərova Arifə Abduləziz qızı Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabirabad polis şöbəsi tərəfindən araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.