Avtoreyd.az bildirir ki, Braziliyanın San-Paulo şəhərində avtomobil yüksək sürətlə insanlarn üzərinə hərəkət edib. Nəticəsə yeddi nəfər xəsarət alıb. Onlardan üç nəfər məktəblinin vəziyyəti kritikdir. Hazırda həmin şəxslər xəstəxanaya yerləşdirilib.
Yerli KİV-nin bildirdiyinə görə, iyunun 25-də Beynəlxalq skeytbordçular günündə keçirilən yürüşdə onlarla insan iştirak edib. Onlar San-Paulo şəhərinin küçələrindən biri ilə hərəkət edən zaman, qəfildən qarşılarına yüksək sürətlə idarə olunan qara rəngli yolsuzluq avtomobili çıxıb.
İştirakçılardan birini maşının sürücüsü kapotu üstündə bir neçə metr də aparıb. Qayda pozan sürücünü saxlamaq müvəffəq olmasa da, hazırda polis onun kimliyini araşdırır. İnsidentin motivləri də aydın deyil. Braziliyanın hüquq-mühafizə orqanları baş verənləri terror aktı kimi qiymətləndirmir.