Avtoreyd.Az Hadisə Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib


Kürdəmirdə  piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. AvtoReyd.Az APA-ya istinadən xəbər verir ki, hadisə iyunun 27-də axşam saatlarında Bakı-Qazax əsas  magistral yolunun 187-ci kilometrliyində, Kürdəmir rayonun Ərşəli  kəndindən keçən hissəsində qeydə alınıb. Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü  Kamran Vaqif oğlu Məmmədov idarə etdiyi “Toyota” markalı minik maşını ilə Bakı istiqamətində hərəkətdə olarkən yolu keçən piyada Mingəçevir şəhər  sakini Natiq Həmid oğlu Əhmədovu vurub. Ağır xəsarət alan N. Əhmədov hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

AvtoReyd.Az

Related Post

Metroda qəribə hadisə: maşinist qapıları açmadı, növbəti stansiyaya getdi – SƏBƏBMetroda qəribə hadisə: maşinist qapıları açmadı, növbəti stansiyaya getdi – SƏBƏB

Bu gün səhər saatlarında Bakı metrosunda həyəcanlı anlar yaşanıb.  Sərnişinlərin BAKU.WS-ə verdiyi məlumata görə, “İçərişəhər” stansiyasına gedən qatar metronun “Nəriman Nərimanov” stansiyasında dayansa da qapılar açılmayıb və qatar yenidən hərəkət etməyə