Gəncə şəhərində 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AvtoReyd.Az “Report”un Qərb bürosuna istinadən  xəbər verir ki, hadisə Gəncə şəhəri, Nizami Gəncəvi prospektində qeydə alınıb.

Qəza zamanı Əliyev Anar Mirnovruz oğlunun sükanı arxasında olduğu “20-DB-687” dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı minik maşını idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb. Nəticədə bir ailənin 6 üzvü – ər-arvad, nənə və üç nəvə xəsarət alıb. Uşaqlardan biri azyaşlıdır.

AvtoReyd.Az

  

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.