Ələt-Astara magistralının Lənkəran rayonu, Şiləvar kəndi ərazisindən keçən hissəsində yol qəzası baş verib.

AvtoReyd.Az report.az-a istinadən  xəbər verir ki, üzü Ələt istiqamətində hərəkət edən “Ford” markalı “99-FV-692” dövlət qeydiyyat nişanlı mikroavtobusla əks istiqmətdə gedən “42-BG-932” dövlət qeydiyyat nişanlı “VAZ- 21011” toqquşub.

Hadisə nəticəsində “VAZ”ın sürücüsü, Lənkəran rayon Havzava qəsəbə sakini Muradov Xalid Əzizəli oğlu bədəninin müxtəlif nahiyələrindən xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisəyə “VAZ”ın səhv dönüş edərək mikroavtobusun qarşısına çıxması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.