Ağstafada Kür çayında boğulan polis əməkdaşlarından birinin meyiti tapılıb.AvtoReyd.Az apa.az-a istinadən xəbər verir ki,Kür çayının Ağstafa rayonu, Saloğlu qəsəbəsindən keçən hissəsində batmış iki nəfərdən biri, 1993-cü il təvəllüdlü Qalib Cəlal oğlu Novruzovun cəsədi saat 20:30-da Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.
Digər 1 nəfərin axtarışı davam etdirilir.