Yevlax rayonu ərazisində baş vermiş zəncirvari yol qəzası zamanı Mingəçevir şəhər sakini, 1953-cü il təvəllüdlü Yusifova Qızpəri Dostməmməd qızı vəfat edib.

AvtoReyd.Az “Report”-a istinadən məlumat verir ki, hadisə nəticəsində beş nəfər yaralanıb ki, onların da bir neçəsi eyni ailənin üzvləridir. Yaralanan şəxslər bunlardır:

İsmayılov Rasim Həmid oğlu, 1965-ci il təvəllüdlü, Yevlax rayon sakini;

İsmayılzadə Əli Tanrıverdi oğlu, 2012-ci il təvəllüdlü, Yevlax rayon sakini;

İsmayılzadə Banu Əli qızı, 2017-ci il təvəllüdlü, Yevlax rayon sakini;

Abbasova Təranə Rəfail qızı, 1993-cü il təvəllüdlü, Yevlax rayon sakini;

Yusibova Ülviyyə Zeynəddin qızı, 1956-ci il təvəllüdlü, Mingəçevir şəhər sakini;

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.