Avtoreyd.az bildirir ki, hadisə Londonun şimal-şərqində, yolun düz ortasında, canlı hərəkət müşahidə edilən hissəsində baş verib. Yük maşınının sürücüsü avtomobildə əyləşən kişiyə hücum edib. Çəki baxımdan ondan ağır olan hücumçunun zərbəsini dəf etmək üçün avtomobil sürücüsü qayışdan istifadə etməyə çalışıb.
Xoşbəxtlikdən qayışla ictimai cəza verməyin qarşısını yaxınlıqdan keçən velosipedçi dalaşanın arasına girməklə alıb. Polis əraziyə gəldiyi vaxt isə savaşanlar artıq oranı tərk etdiyindən, onların kimliyini müəyyən etmək mümkün olmayıb.