Avtoreyd.az bildirir ki, əksər hallarda bir çox Şərq ölkələrində olduğu kimi, Livanda baş tutan bu toyda da havaya silahdan atəş açılıb. Bəyə Kalaşnikov avtomatı veriblər, amma o, atəş zamanı silahı bir əllə saxlamağa qərar verib.
İlk saniyələrdən hər şeyin yaxşı olacağı düşünülsə də, tezliklə avtomat havaya yox, masadakılara tuşlanıb. Qonaqlardan biri silahı tutmağa çalışsa da, buna müvəffəq ola bilməyib. Açılan güllələrdən biri fotoqrafa dəyib və onu toydan birbaşa hospitala çatdırıblar.