Avtoreyd.az bildirir ki, Yaponiyada pis hava şəraitinə görə 20 min insana təxliyyə olunmağı məsləhət görüblər. 40-dan çox aviareys təxirə salınıb. Hələlik təbii hadisənin qurbanları və zərər çəkənlər haqqda məlumat yoxdur.
Leysan və güclü külək iyulun 2-dən başlayıb. Tufanın ilk zərbəsinin qurbanı Naqasaki şəhəri olub. Iyulun 5 səhərə doğru pis hava ölkənin paytaxtı Tokio şəhərinə çata bilər.
Yerli KİV-rin bildirdiyinə görə, bütün dəniz nəqliyyatı limanlarda dayanıb. Dalğaların hündürlüyü 6 metrə çatır. Hələ ki, pis hava dəmiryolunun hərəkətinə təsir etməyib.
Tufanın episentrində küləyin sürəti demək olar ki, saniyədə 40 metrə çatır. Mütəxəssislər güman edir ki, tufan torpaqda genişmiqyaslı tərpənmələrə səbəb ola bilər. Bundan başqa, Yapon meteoroloji agentliyi bildirib ki, bəzi regionlarda tufan qasırğa ilə əvəzlənə bilər.