Avtoreyd.Az Hadisə Avtobus sürücüsü sükan arxasında ləzginka oynadı – VİDEO

Avtobus sürücüsü sükan arxasında ləzginka oynadı – VİDEO


Rusiya polisi Moskvada sükan arxasında ləzginka oynayan sürücünün şəxsiyyətini müəyyən edib.

AvtoReyd.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiya DİN-nin rəsmi saytında məlumat verilir.

Hadisənin videosu iyunun 4-də sosial şəbəkələrdə yayılıb. Kabardin-Balkar Respublikasının sakini rəqs zamanı hətta oturacaqdan da durur. Videoda görünür ki, avtobus yüksək sürətlə hərəkət edir.

Polis müəyyən edib ki, videoyazı aprelin 17-də saat 21:00 radələrində Moskva şəhərində lentə alınıb. Sürücü Kabardin-Balkar Respublikasının Zolski rayonunun 44 yaşlı sakinidir. O bildirib ki, boş avtobusu dostları ilə birlikdə servisə aparırdı.

Sürücü polisləri əmin edib ki, vəziyyəti tam nəzarətdə saxlayırdı və “hər şeyin yaxşı bitdiyi üçün” bağışlanılmasını xahiş edib.

Lakin Rusiya DİN-də hesab edirlər ki, sürücü həm özünü, həm də digər hərəkət iştirakçılarını təhlükəyə atıb. Onun məsuliyyətə cəlb olunmasına dair məlumat verilmir.

AvtoReyd.Az

 

Related Post

Yevlaxda bir ailə qəzaya düşüb: ölən və yaralananlar var – VİDEOYevlaxda bir ailə qəzaya düşüb: ölən və yaralananlar var – VİDEO

Yevlaxda bir ailəqəzaya düşüb. AvtoReyd.Az Xezerxeber.az-a istinadən məlumat verir ki,hadisə ötən gecəMingəçevir-Bəhramtəpə yolunda baş verib.Salahlıkəndi ərazisində avtomobil traktora çırpılıb.Zərbənin gücündən minik maşınıyoldan çıxıb.Hadisə zamanıavtomaşında olan sərnişin 38 yaşlıFloraMəmmədova dünyasınıdəyişib.Qəza zamanısürücü və