Avtoreyd.az bildirir ki, Yaponiyada keçirilən hərracda yeni üzüm növünün salxımı rekord qiymətə -11 min dollara satılıb. Xüsusi şirin dadı ilə fərqlənən üzüm “Yaqut romalılar” adlanır.

Satışa yeni çıxarılan üzüm növünün xoşbəxt sahibi Takamaru Konişi 30 dənənin hər birinə görə 360 dollar ödəyib.

“Biz bu giləmeyvələri insanlara göstərmək üçün mağazamızda nümayiş edəcəyik və alıcılara onlardan dadmağa imkan yaradacağıq”, — ərzaq supermarketinin sahibi Takamaru Konişi belə deyib.

By