Avtoreyd.az bildirir ki, rəfiqəsi ilə səyahət edən sürücü yolu qaça-qaça keçən böyük ayını gördükdə, ona yaxından tamaşa etmək üçün əyləci basıb. Nəticədə, cəmi bir neçə saniyə ərzində heyvan avtomobilə hücüm edib.
Videonun müəllifləri Kodi Kunau və onun rəfiqəsi Samanta deyirlər ki, Alyaska yollarında tez-tez ayılarla qarşılamaq olar. Amma adətən heyvanlar avtomobillərə hücum etmir və insanlardan gizlənməyə çalışırlar. Bundan başqa aqressiv ayı insanların yaşayış məskəni yaxınlığında yerləşib. Belə ki, çəkiliş aparılan yerdən yarım kilometrlik məsafədə şəhərkənarı evlər yerləşir.
Kodi və Samanta təqibdən yaxa qurtardıqdan sonra ayının növbəti maşına hücüm etdiyini görüblər. Heyvanın özünü bu qədər aqressiv aparmasının səbəbi məlum deyil.
“Ayının niyə özünü belə aqressiv apardığını, biz anlaya bilmədik. Orada nə ayı balası vardı, nə də ovçu — belə qəribə davranış üçün heç bir səbəb yox idi”, – Kodi Kunau jurnalistlərə belə deyib.
http://www.youtube.com/watch?v=2G2AX096wLs
