Avtoreyd.az bildirir ki, American Airlines aviaşirkətinin sərnişini stüardessaya hücum etdiyi və digər sərnişinləri təhqir etdiyi üçün reysdən kənarlaşdırılıb.

Hadisə şahidi Maykl Neş iddia edir, qadını təyyarədən FTB-nun agenti çıxarıb. Bu haqda Neş Facebookdakı səhifəsində yazıb.

Onun sözlərinə görə, hadisə Corciya ştatında, Atlanta şəhərindəki Hartsfild-Cekson beynəlxalq aeroportunda baş verib.

Neş deyir ki, uçuşdan əvvəl davakar qadın sərnişin öz yerini tutmaqdan imtina edib və bort bələdçisinə hücum çəkib. O, həmçinin American Airlines əməkdaşlarını və başqa səyahətçiləri də söyüb. Neş təyyarənin salonunda baş verən qalmaqalın videosunu yerləşdirib.

Qadınla birlikdə dekorativ iti də uçurmuş, hansını ki, sahibəsi American Airlines şirkətinin qaydalarının tələblərinə uyğun olaraq, heyvanların daşınması üçün nəzərdə tutulan xüsusi çantaya yerləşdirməyib.

Nəticədə, aqressiv qadını reysdən kənarlaşdırıblar. Bu hadisəyə görə təyyarənin Çikaqoya nəzərdə tutulan uçuşu təxminən dörd saata qədər ləngiyib. Atlant beynəlxalq aeroportunun nümayəndəsi bildirib ki, davakar qadın həbs edilməyib və təyinat nöqtəsinə başqa təyyarə ilə uçub.

http://www.youtube.com/watch?v=Cl7re2g9b0I

By