Xüsusən də rayon yollarında bir çox sürücü yükdaşıma qaydalarını kobud şəkildə pozur. Amma bu dəfə paytaxtın mərkəzi küçəsində qeydə aldığımız görüntüləri təqdim edirik.Görüntülər Bakıda Yusif Səfərov küçəsinin Heydər Əliyev və Babək prospektləri istiqamətində çəkilib.Yükün avtomobildən kənara çıxması, yerlə sürünməsi və ətrafdakıları narahat etməsi yükdaşıma qaydasının pozulması deməkdir.Belə halda YPX-əməkdaşı bu kimi nəqliyyat vasitələrini saxlayıb cərimə etməklə kifayətlənməməlidir.Belə ki,yükü qaydasına salmiyana qədər onun hərəkətinə icazə verilməməlidir.Cəriməyə gəldikdə isə,yükdaşıma qaydasını pozduğuna görə sürücüyə 40 manat cərimədən əlavə, həm də belə vəziyyətdə yolu zibilləyərsə əlavə olaraq 30-50 manat arasında da cərimə tətbiq oluna bilər.Birini anladıq şəhər daxilində yük daşıyır,bəs diqəri necə? Görəsən rayondan paytaxta gələnə kimi neçə post və nəzarətdən kənar keçib? Hər halda,yükdaşıma qaydalarının pozulması həm hərəkət iştirakçıları üçün təhlükə yaradır, həm də yol təsərrüfatına ziyan vurur.
Sürücülər yükdaşıma qaydalarını kobud şəkildə pozur – Görüntülər paytaxtın mərkəzi yollarındandır(Video)
Categories:
Related Post
Bakı-Sumqayıt yolunda “kamikadze” sürücüBakı-Sumqayıt yolunda “kamikadze” sürücü
Bakı-Sumqayıt avtomagistralında əks yol çıxaraq, hərəkətin digər iştirakçılarına təhlükə yaradan sürücü kameraya düşüb. AvtoReyd.Az Oxu.Az xəbər verir ki, “Opel” markalı, 10-VB-212 dövlət nömrə nişanlı avtomobil sürət həddi 90 km/saat olan yolda
Badamdar yolunda kamikazeBadamdar yolunda kamikaze
Növbəti kobud qayda pozan sürücü AvtoReydin kamerasına tuş gəlib. Hadisə ötən gün axşam saatlarında Badamdar yolunda qeydə alınıb. Ötmə əməliyyatı həyata keçirən VAZ 2107 markalı avtomobilin sürücüsü 1.3 nişanlama xəttinin
Necə deyərlər, qaş düzəltdiyi yerdə vurub gözü də çıxarıblar (Video)Necə deyərlər, qaş düzəltdiyi yerdə vurub gözü də çıxarıblar (Video)
Bu dəfə biz sizə Binəqədi rayonu 7-ci mikrorayon ərazisində yerləşən Şövkət Məmmədova, Abay Kunanbayev və Süleyman Sani Axundov küçələrinin kəsişməsindən danışacayıq. Xatırladaq ki, əvvəllər Abay Kunanbayev küçəsindən (Bolluq bazarından) Gənclik