Bakı-Qazax magistralında ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın verdiyi məlumata görə, yolun 457-ci kilometrliyində,  Ağstafa rayonu Qırlı kəndində “VAZ2106” və “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ”-ın sürücüsü, Qırlı kənd sakini, 1987-ci il təvəllüdlü Mustafayev Elvin Surxay oğlu hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.