Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AvtoReyd.Az APA-ya istinadən xəbər verir ki, şəhərin yeni Gəncə qəsəbəsində, 28 may küçəsində “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Nəticədə bir nəfərin xəsarət alaraq, xəstəxanaya yerləşdirildiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.

