Avtoreyd.az bildirir ki, İnquşetiyada Sunjen rayonunda yolda sürücülər insanları xilas etmək üçün yanan avtomobilin pəncərələrini ayaqlarıyla sındırıblar. Yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər həlak olub, beş nəfər isə zərər çəkib.
Qəza “Qafqaz” federal yolunda Qarabulaq şəhəri yaxınlığında “VAZ-2105” və Volkswagen mikroavtobusunun toqquşması nəticəsində baş verib.
Rusiya istehsalı olan avtomobilin sürücüsü yol-nəqliyyat hadisəsinin qurbanı olub.
Mikroavtobusda olan vətəndaşlar müxtəlif ağırlıq dərəcəli travmalar alıblar. Zərər çəkənlər arasında xarici avtomobil sürücüsü, “jiquli”nin xanım sərnişini və üç uşaq var.
Hadisənin baş vermə səbəbləri təcili xidmət əməkdaşları tərəfindən araşdırılır.