Sosial şəbəkədə video yayılıb və iddia olunur ki, ərazidə və yaxınlıqda tualet olmadığından BakuBus-ın 6 nömrəli avtobusunun sürücüləri zəruri ehtiyaclarını sıx ağaclıqda ödəyirlər.  
AvtoReyd.Az BAKU.WS-ə istinadən verir ki, videoda iddia olunur ki, sürücülərin bu addımından sonra ağaclar quruyub. Həmçinin videoda şikayət edən şəxs qeyd edib ki, həmin ərazinin yaxınlığında yaşayır.
Məsələ ilə bağlı Bakubus MMC-nin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur Piriyev bildirib ki, bu absurd məsələdir. O, BakuBus-ın sürücülərinin zəruri ehtiyaclarını ödəməsi üçün xüsusi yer olduğunu qeyd edib.
“Ümumiyyətlə sürücülərin iş vaxtı avtobusu tərk etməyə icazə yoxdu. Həm də videoda göründüyü kimi, BakuBus-ın sürücüsü həmin ərazini tualet kimi istifadə etmir. Oradan digər marşrutların xətləri də keçir. Ola bilsin digər sürücülər və yaxud başqa şəxslər orada zəruri ehtiyaclarını ödəyiblər”.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.