Tovuzda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Köhnə Qala kəndi ərazisində qeydə alınıb. Yanıqlı kənd sakini 1989-cu il təvəllüdlü Telman Ələkbərov avtomobillə hərəkətdə olarkən, maşın idarəetmədən çıxıb və yolun kənarındakı dərəyə aşıb.

 

Qəza zamanı sürücü və sərnişin, Köhnə Qala kənd sakini 1995-ci il təvəllüdlü Elvin İsmayılov müxtəlif bədən xəsarətləri alaraq Tovuz rayon Mərkəzi Xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi ayrdım götərilib. Xəsarət alanlardan birinin vəziyyətinin orta-ağır, digərinin isə normal qiymətləndirilir.

 

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.