Qaxda ölümlə nəticələnən yol qəzası baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə martın 27-si axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun 98-ci kilometrliyində, Qaxın Qarabaldır kəndi ərazisindən keçən hissəsində baş verib.

 

Bakı şəhər sakini, 49 yaşlı İsa Cavanşir oğlu Səfərov idarə etdiyi “Mersedes” markalı avtomobillə Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən  maşını yolun kənarına aşırıb. Qəzadan nəticəsində avtomobildə olan sərnişin, Qax rayon Zərnə kənd sakini, 23 yaşlı Elnarə Elmir qızı Abdurəhmanova aldığı ağır bədən xəsarətlərindən  hadisə yerində dünyasını dəyişib. Sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti orta ağırdır.

 

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

http://www.youtube.com/watch?v=N-9JNi_v8SU

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.