Çəkdiklərimiz

Motosiklin yedəyində…

Bir neçə gün öncə paytaxt küçələrindən birində axşam saatlarında  motosikllarla bağlı maraqlı bir videomaterial çəkilib. Videoda bir motosiklin digərini yedəyə alınması əks olunub. Bu həm təhlükəli, həm də qanuna ziddir. Belə ki, Yol Hərəkəti Haqqında qanunun 46-cı maddəsində görsədildiyi kimi velosipedlərlə və ya mopedlərlə yedəyə almaq qadağandır. Bu qayda pozuntusuna görə DYP əməkdaşı tərəfindən İXM-nin 327.1 bəndinə əsasən 40 manat məbləğində cərimə tətbiq olunmalıdır. Ümid edirik ki, qarşıda gələn fəsildə motosikl idarə edənlər həm dəbilqə taxacaq, həm də bu kimi səhvlərə yol verməyəcək. 

Biz Instagramda

Connection error. Connection fail between instagram and your server. Please try again