Masallıda 22 saylı marşrut xəttində fəaliyyət göstərən bütün avtobusların akkumulyatorları oğurlanıb.

 

Bunu APA-nın yerli bürosuna həmin avtobuslardan birinin sürücüsü Röyal Həsənov bildirib.

 

Səhər saatlarında işə çıxan sürücülər avtobus dayanacağında Masallı-Boradigah marşrutunda fəaliyyət göstərən  9 avtobusun hamısının  akkumulyatorunun oğurlandığını görüblər. Dəyən zərərin miqdarı ümumilikdə 1350 manatdır.

 

Masallı rayon Polis Şöbəsində  faktla bağlı araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.