İTAR-TASS-ın yaydığı xəbərə görə, Amerikanın Oreqon ştatında yüngül motorlu kiçik təyyarənin qəzaya uğraması nəticəsində bütün ekipaj həlak olub.
Piper PA-46 yüngül birmotorlu təyyarəsi Harrisberq şəhəri yaxınlığında yerli aeroportda eniş edərkən, hava limanından təxminən 15 kilometr aralıda yerə düşüb.Bu haqda dairə şerifi Linn Brüs Rayli məlumat verib.
Hazırda hadisənin səbəbləri araşdırılır. Verilən məlumatlara görə regionda hava son dərəcə küləkli olub.
