Bakının Xətai rayonu ərazisində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası qeydə alınıb.

“Report” xəbər verir ki, qəza Xocalı prospekti ilə hərəkətdə olan iki “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində baş verib.

Nəticədə maşınlardan birinin sürücüsü olan Tahir Piriyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.